Kimin hansı qəzeti alıb-almaması, istəyib-istəməməsi öz şəxsi işidir. Lakin bunu Masallı məktəblərinə şamil eləmək olmaz. Masallıda müəllimlərdən qəzet pulları yığımı ilə bağlı qanunsuz fəaliyyətə yenidən start verilib.
ASİYA.AZ xəbər verir ki, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Astan İbişovun göstərişi ilə məktəb direktorları tərəfindən hər müəllimin aldığı əmək haqqının 8 faizi tutulacaq. Təbii, müəllimlər bundan narahat və narazıdırlar. Yaxın günlərdə Masallıdakı bütün məktəblərdən bir neçə nəfər olmaqla Masallı Təhsil Şöbəsinə və Masallı RİH-nə öz etirazlarını bildirəcəklər.
Qarşı tərəfində fikrini dərc etməyə hazırıq.
COMMENTS