Masazırda avtoşluq edən xanımlar qəza törətdi: Hadisə yerindən qaçdılar

Masazırda avtoşluq edən xanımlar qəza törətdi: Hadisə yerindən qaçdılar

Ötən gecə Abşeron rayon Masazır qəsəbəsi, üç mərtəbə deyilən ərazidə, daha dəqiq “Bank Respublika Arena”nın qarşısında dəhşətli yol qəzası baş verib.

Belə ki, HUNDAY markalı 90 HY 459 dövlət nişanlı avtomaşın idarəetməni itirərək işiq dirəyinə çırpılıb və sonra yeniyetmələr üçün nəzərdə tutulan ərzidə divara çırpılaraq dayanmışdır. DOSYE.ORG-a məlumat verən mənbə vurğulayır ki, xoşbəxtlikdən həmən ərazidə piyadalardan heç kim keçməyib. Əks təqdirdə insan tələfatı ilə nəticələnəkdi.

Araşdırmalarımız zamanı məlum oldu ki, avtomaşını idarə edən şəxs xanım olub və onunla bərabər daha üç xanım avtomaşında olublar. Onların spirtli içki və digər maddələrin qəbul edib- etmədikləri isə sual altındadır. Hadisə yerində olan şəxslərin iddialarına görə, sürücü yüngül xəsarət alıb. Bundan sonra təcili olaraq xanımlar hadisə yerini tərk ediblər.

DOSYE.ORG olaraq bildiririk ki, fotoda gördüyünüz ərazidən məşqə gələn yeniyetmələr, yaşlılar və qadınlar hərəkət edir. Təəsüflər olsun ki, hadisə ilə bağlı heç bir araşdırma aparılmayıb.

DOSYE.ORG

Возможно, это изображение (дорога)

Возможно, это изображение (на открытом воздухе)

Возможно, это изображение (дорога)

COMMENTS