Abşeron rayonu ərazisində silah-sursat tapılıb.
Rayon Polis İdarəsinindən Musavat.com-a verilən məlumata görə, Masazır qəsəbəsinin Həzi Aslanov küçəsindəki zibil qutusuna xeyli silah-sursatın atılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının əraziyə keçridiyi baxış zamanı qutudan ağ kisəyə bükülmüş 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd “TOZ-8” tüfəngi tapılıb. Bundan başqa, kisədən 15 ədəd 5.45 çaplı və 79 ədəd 7.62 çaplı avtomat patronları götürülüb.
Polis tərəfindən müsadirə edilən slahlar ballistik ekspertizya göndərilib. Həmin silah-sursatın kim tərəfindən zibil qutusuna atılmasını müəyyən etmək məqsədi ilə əməliyyat istintaq tədbirlərinə də başalanılıb.
COMMENTS