Maşın bazarında nə olacaq?  – “Çıxış yolu qalmır”

Maşın bazarında nə olacaq?  – “Çıxış yolu qalmır”

Ötən gün Tarif Şurasının növbəti iclası baş tutub. İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. 

Maraqlıdır, benzinin qiymətinin artması maşın bazarına necə təsir göstərəcək?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Açıqlamasında yanacağın qiyməti  avtomobillərin qiymətinə böyük təsir göstərmədiyini bildirib: “İndiki artım o qədər də fantastik bir məbləğ deyil, sadəcə 10 qəpik artım olub.  Qiymət müəyyən qədər dizel mühərrikli avtomobillərə təsir göstərə bilər. Yəqin ki, dizel  mühərrikli avtomobil idarə edənlər artıq benzinlə dizel arasında elə bir kəskin fərq olmadığını görüb avtomobillərini sata və ya dəyişə bilərlər. Amma istənilən halda dizel benzinə nisbətən əksər sürücülərə sərf edir. Çünki başqa çıxış yolu qalmır”.

DOSYE.ORG

COMMENTS