“Maşın”da əvvəlcədən planlaşdırılmış addım – Xose yarışmadan onu kənarlaşdırdı – YENİLƏNİB

“Maşın”da əvvəlcədən planlaşdırılmış addım – Xose yarışmadan onu kənarlaşdırdı – YENİLƏNİB

“Maşın Şou”nun 17-ci buraxılışında aparıcı Xose Bernardo oyunun digər iştirakçıları tərəfindən hədəf seçilib.

Dosye.org  xəbər verir ki, yarışmanın 6-cı günündə səsverməyə çıxarılan aparıcı dostlarından ona dəstək olmasını istəyib: “Bu gün iştirakçılar məni qaralayıblar!”.

Xoseyə müğənnilər Samir Cavadzadə, Dilarə Kazımova, Səmra Rəhimli, aparıcı Sərxan Kərəmoğlu, şairə Nazilə Səfərli və aktyor Allahverdi Yolçuyev dəstək olub.

“Xose çox yaxşı biridir, maşını da yoxdur. Xalqdan xahiş edirəm ki, ona dəstək olsunlar!”, – deyə Samir Cavadzadə bildirib.

Aparıcı hələlik öz rəqibini açıqlamayıb.

“Maşın Şou”nun 6-cı günündə səsverməyə çıxarılan aparıcı Xose Bernardo qalib gəlib.

Dosye.org  xəbər verir ki, aparıcı lehinə 89.49 %, əlehinə isə 10.51 % səs toplayaraq “Maşın” şouda qalmağı bacarıb.

O, yarışmadan aktyor Allahverdi Yolçuyevi kənarlaşdırıb. Xose bildirib ki, heç kimin xəbəri olmadan onunla gizli danışıqları olub.

Onlar belə qərara gəliblər ki, Xose aktyoru şoudan kənarlaşdırsın və halallığını alıb.

Dosye.org

COMMENTS