Maskeranoya bir illik həbs

“Barselona”nın müdafiəçisi Havyer Maskerano vergi ödənilməsi ilə əlaqədar maliyyə fırıldağına görə 1 il müddətinə azadlıqdan məhrum edilib. Show.az xəbər verir ki, məlumatı “Punto Pelota” yayıb.
 
Argentinalı futbolçu 1,5 milyon avro vergini İspaniya xəzinəsinə ödəməkdən yayınmaqda ittiham edilirdi. Futbolçu ittihamlarla razılaşıb. O, vergini tam həcmdə və faizləri ödəyib. Məhkəmə futbolçunu 1 il müddətinə azadlıqdan məhrum edib və 800 min avro cərimələyib. Maskeranonun müdafiəçiləri həbs cəzasının 21,6 min avro əlavə cərimə ilə əvəzlənməsini istəyib. Bununla bağlı qərar yaxın günlərdə veriləcək. 
 
“Barselona”nın başqa bir futbolçusu Lionel Messi də vergi fırıldağında ittiham olunur. Onun məhkəməsi mayın 31-də başlayacaq. İttiham tərəfi futbolçunun 22 ayu müddətinə azadlıqdan məhrum edilməsini istəyir. 

COMMENTS