Mayda Əfv gözlənilir – Komissiya ilk iclasa toplaşır

Mayda Əfv gözlənilir – Komissiya ilk iclasa toplaşır

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.

Bu barədə “Qafqazinfo”ya Komissiya üzvü Rəşad Məcid məlumat verib.

Onun sözlərinə görə, saat 15:00-da başlayacaq iclasda Komissiyaya daxil olan müraciətlər araşdırılacaq.

Qeyd edək ki, 28 May – Müstəqillik Günündə Prezident İlham Əliyev tərəfindən növbəti humanist addım kimi Əfv Sərəncamının imzalanacağı gözlənilir.

COMMENTS