Mayın 11-dən yumşalma: sms ləğv edilir, rayonlardan gəliş…

Mayın 11-dən yumşalma: sms ləğv edilir, rayonlardan gəliş…

Ehtimal var ki, mayın 11-dən sonra Bakıda SMS-lə bağlı verilən qərar ləğv edilsin.

Sfera.az-ın xəbərinə görə, bunu ölkənin baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı elan edilən karantin dövrü hissə-hissə yumşaldılır: “Mayın 11-dən sonra daha böyük yumşalma gözlənilir.

Ona kimi respublikada virusun yayılması müzakirə olunacaq, təhlil olunub, qiymətləndiriləcək və ondan sonra qərar veriləcək. Belə ehtimal var ki, SMS-lə bağlı verilən qərar ləğv edilsin. Çünki indiki durum bunu deməyə əsas verir”.
Cəlal İsayev onu da vurğulayıb ki, mayın 11-dən sonra Bakı ilə rayonlararası məsafənin açılması müzakirə oluna bilər.

DOSYE.ORG

 

COMMENTS