“Parlaq oyun alındı. Emosiyalar çox idi. Tərəflər bir-birinə güzəştə getmirdi. Həqiqətən komanda olduğumuzu göstərdik. Əlimizdən gələni edərək, çalışaraq qələbə qazandıq”.
Qol.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 22-ci turunda “Zirə”yə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O, Avrokuboka vəsiqə qazanmaq şansları ilə bağlı söyləyib: “Bu dəqiqə nəyisə dəyərləndirmək istəmirəm. Hər oyuna final kimi yanaşmaq lazımdır. Mayın 21-də xalları saymaq lazımdır. Məşqlərimizə köklənməliyik. Məqsədimiz hər gün daha yaxşı olmalıyıq”.
Mütəxəssis futbolçuları növbəti tur “Neftçi” ilə oyuna necə hazırlayacağı ilə əlaqədar bildirib: “Əlbəttə, çətin matç olacaq. Maraqlı oyun gözləyirəm. Bu komanda ilə matçlar xoşuma gəlir. Oyunlar nə qədər çətin olursa, bu qədər də maraqlı olur”.
M.Musayev komandanın qapıçısı Yusif İmanovun oyununu belə şərh edib: “Yusif şanslarından yaxşı istifadə etdi. Növbəti oyun qapıda kimin olacağını demək çətindir. Hazırda fikrimcə, bu gün meydana çıxan optimal heyətimiz idi. Səlahət Yusifə çox kömək edir. Qarşıda məşq prosesləri çoxdur. Oyuna yaxın qərar verəcəyik”.
DOSYE.ORG
COMMENTS