“Qərb ərazi Baş Gömrük idarəsinin Mazımçay Gömrük postunun Müvəqqəti saxlanc anbarında saxlanılan məhsulların içərisində ən çox spirtli içkilər üstünlük təşkil edir”.
Dosye.org xəbər verir ki, bu sözləri DGK-nın texnoloji innovasiyalar və statistika baş idarəsi rəisinin müavini Azər Abasov deyib. Onun sözlərinə görə, Anbarda vətəndaşların Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən ay ərzində 30 kq-dan artıq gətirdiyi məhsullar saxlanılıb:
“Bu məhsulların içərisində müxtəlif növ spirtli içkilər, yağlar, enerji içkiləri, maşın yağı, salfetkalar və. s məhsullar üstünlük təşkil edib. Maraqlı məqamlardan biri də odur ki, anbarda həmçinin Ermənistandan gələn turistlərin oradan “Armenia” adı ilə gətirdiyi müxtəlif suvenirlər, papaqlar, içkilər və Ermənistana aid xəritələr saxlanılıb. Ümumilikdə , bu adla saxlanılan əşyaların sayı 100-ə yaxındır”.
Dosye.org
COMMENTS