Mazımçay Gömrük postunda erməni məhsulları saxlanılıb

Mazımçay Gömrük postunda erməni məhsulları saxlanılıb

“Qərb ərazi Baş Gömrük idarəsinin Mazımçay Gömrük postunun Müvəqqəti saxlanc anbarında saxlanılan məhsulların içərisində ən çox spirtli içkilər üstünlük təşkil edir”.

Dosye.org  xəbər verir ki, bu sözləri DGK-nın texnoloji innovasiyalar və statistika baş idarəsi rəisinin müavini Azər Abasov deyib. Onun sözlərinə görə, Anbarda vətəndaşların Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən ay ərzində 30 kq-dan artıq gətirdiyi məhsullar saxlanılıb:

“Bu məhsulların içərisində müxtəlif növ spirtli içkilər, yağlar, enerji içkiləri, maşın yağı, salfetkalar və. s məhsullar üstünlük təşkil edib. Maraqlı məqamlardan biri də odur ki, anbarda həmçinin Ermənistandan gələn turistlərin oradan “Armenia” adı ilə gətirdiyi müxtəlif suvenirlər, papaqlar, içkilər və Ermənistana aid xəritələr saxlanılıb. Ümumilikdə , bu adla saxlanılan əşyaların sayı 100-ə yaxındır”.

Dosye.org

COMMENTS