Top.Mail.Ru

“MDB bir təşkilat kimi sıradan çıxır…” – Zərdüşt Əlizadə

“MDB bir təşkilat kimi sıradan çıxır…” – Zərdüşt Əlizadə

Hesab edirəm ki, MDB artıq öz əhəmiyyətini tədricən itirir. 1991-ci ildə SSRİ dağılanda sonuncu dəfə sabiq sovet respublikalarının rəhbərləri Almata şəhərində toplaşaraq, MDB haqqında müqavilə imzaladılar. O zaman Azərbaycanda hakimiyyətdə Ayaz Mütəllibov idi və onu Almataya dəvət etməmişdilər. Amma Mütəllibov Nursultan Nazarabayevə zəng edərək Almataya getməsi üçün şərait yaratmasını xahiş etmişdi. Nazarbayev də belə bir şərait yaratdı. Hərçənd, o zaman nə Rusiya, nə də Ermənistan rəhbərliyi maraqlı deyildi ki, Azərbaycam bu prosesdə iştirak etsin. Buna baxmayaraq, Ayaz Mütəllibov Almataya gedərək MDB haqda müqaviləni imzaladı. Təəssüflər olsun ki, Bakıda AXC və onun şəbəkəsi Mütəllibovun bu addımından sonra isterikaya düşdü. Və elan etdilər ki, Ayaz Mütəllibov yenidən imperiyanın tərkibinə qayıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Zərdüşt Əlizadə MDB-nin perspektivi haqqında danışarkən deyib.

Politoloq bildirib ki, AXC iqtidarından sonra hakimiyyətə Heydər Əliyev gəldi və Azərbaycan MDB-yə daxil oldu:

“Beləcə aydın oldu ki, MDB imperiya deyil, beynəlxalq təşkilatdır. İndi MDB-nin yaranmasından 30 ilə qədər zaman keçir və bu qurum tədricən sıradan çıxır. Bəzi keçmiş sovet ölkələri də MDB-dən çıxır. MDB-dən daha çox elə ölkələr çıxır ki, başlarına hansısa problemlər gətirilib. Misal üçün Gürcüstan və ya Ukraynanı göstərmək olar.

Gürcüstan MDB üzvü olmadı, amma Qamsaxurdiya devrildi, Şevardnadze MDB-yə üzv olmaq haqda qərar verdi, amma gec idi. Nəticədə Abxaziya və Osetiya itirildi. İndi isə MDB-nin əhəmiyyəti qalmır. Əvəzində Avrasiya Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaranıb.

DOSYE.ORG

COMMENTS