Medvedev istefa verdi?

Bu gün səhər hakerlər Rusiya Baş naziri Dmitri Medvedevin rəsmi Tvitter səhifəsinə hücum ediblər.

Axar.az xəbər verir ki, Baş nazirin səhifəsində onun adından istefa verməsi ilə bağlı məlumat yerləşdirilib.

Rusiya Nazirlər Kabinetindən səhifəyə hücum edilməsi ilə bağlı məlumatı təsdiqləyiblər.

“Baş nazirin Tvitterini sındırıblar. Səhifədə yayımlanan sonuncu məlumat həqiqətə uyğun deyil”, – deyə bildirilib.

Artıq həmin məlumat Medvedevin səhifəsindən çıxarılıb.

COMMENTS