Mehdiabad bələdiyyəsində şıdırğı alver

Mehdiabad bələdiyyəsinin sədri 1,5 hektar ərazini hasarlayaraq özünüküləşdirib. Həmin ərazini bələdiyyə sədri seçkilərdən sonra satışa çıxarmağı planlaşdırır.

 

Amma vəziyyət dəyşərsə və Əbülfət Nuriyevin yenidən Mehdiabad bələdiyyəsinin sədri olması məsələsində problemlər yaranarsa, bələdiyyə sədri qohumlarının adına sənədləşdirdiyi həmin ərazini payız aylarında satışa çıxara bilər.

 

 PİA.AZ-a Mehdiabaddan daxil olan məlumata görə son zamanlar Mehdiabad bələdiyyəsindən Ədliyyə Nazirliynə şikayətlərin sayı durmadan artır.

 

Üstəlik Mehdiabad bələdiyyəsinin sədri vəzifəsinə bir neçə namizəd ortaya çıxıb və həmin şəxslərin arxasında maraqlı qüvvələr dayanır. Elə bu üzdən də Əbülfət Nuriyevin fəaliyyəti ilə bağlı müxtəlif instansiyalara şikayətlər artmaqdadır.

 

Məlumatda qeyd olunur ki, Ədliyyə Nazirliyi və digər əlaqədar orqanlar Mehdiabad bələdiyyəsində yoxlamalar apararlasa, kifayət qədər ciddi korrupsiya faktları ortaya çıxacaq.

 

Təkcə onu demək kifayətdir ki, Mehdiabad bələdiyyəsinin sədri olaraq çalışdığı on il müddətində Əbülfət Nuriyev 30 hektardan artıq torpaq satıb. Bu isə həddindən artıq böyük gəlirlərin əldə edilməsi deməkdir. Qeyd edək ki, son on ildə Mehdiabadda torpağın bir sotunun qiyməti 2 min manatla 10 min manat arasında dəyihib.

 

Satılan torpaqlar isə saxta sənəd əsasında həyata keçirilib və bələdiyyə büdcəsinə demək olar ki, qəpik-quruş keçirilib. Qəsəbəninin abdalaşdırılmasına gəlincə isə əsas magistral yoldan kənarda qəsəbə xarabazarı xatırladır və bu küçələrdə illərdir ki, heç bir abadlıq işləri aparılmayıb.

 

Müəyyən abadlıq işləri aparılsa da, sakinlər bu işləri öz vəsaitləri hesabına həyata keçiriblər. Amma bələdiyyə sənədlərində sakinlərin gördükləri işləri bələdiyyənin gördüyü iş kimi göstərilib və bu yolla külli miqdarda bələdiyyə vəsaiti mənimsənilib.

 

Qeyd edək ki, əməkdaşımızın Mehdiabaddan hazırladığı geniş reportrtajı yaxın günlərdə oxucularımızın diqqətinə cəlb edəcəyik.

 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

COMMENTS