Mehdiabadda evdən qızıl əşyaları oğurlayan qadın həbs edildi

Abşeron rayonu Mehdiabad qəsəbə sakini Hüseynova Rəvanə Namiq qızı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək mənzilindən qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

 

APA TV-nin məlumatına görə, qadın ifadəsində evdə rəfiqələri ilə olduğunu, onları yola salıb qayıtdıqdan sonra qızıl-zinət əşyalarının oğurlandığı bildirib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Hüseynovanın rəfiqələri polis idarəsinə dəvət olunub. Onlarla aparılan söhbət zamanı müəyyən edilib ki , rəfiqələrdən Behbudova Şirinbacı Ələkbər qızı ev sahibəsinin başının qarışdığını görərək qızılları oğurlayaraq çantasına qoyub.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində oğurluq maddəsi ilə cinayət işi başlanıb.(APA)

COMMENTS