Mehdiyevin adamına qarşı cinayət işi açıla bilər… – Hamıya meydan oxuyan Şamil Heydərovun qürubu uzaqda deyil

Mehdiyevin adamına qarşı cinayət işi açıla bilər… – Hamıya meydan oxuyan Şamil Heydərovun qürubu uzaqda deyil

İctimaiyyət arasında “Karqo Şamil” kimi tanınan, “Çin KArqo”nun şefi Şamil Heydərovun keçmiş PA rəhbəri Ramiz Mehdiyevin “qara kassası” funksiyasını həyata keçirməsi işi araşdırılır. Bu barədə DİA.AZ-a hüquq-mühafizə oqranlarındakı mənbəən informasiya verilib.

Xəbəri verən qaynaq iddia edir ki, hətta KİV-lə davranışında belə Ramiz Mehdiyevdən aşılanan “ədabazlıqla” hərəkət edən Şamil Heydərovun “oğru elə bağırdı, doğrunun bağrı yarıldı” deyiminə xas olaraq səsini yüksəltməsi onun özünü hədəfə çevirib.

Mənbənin söylədikləri: “Şamil Heydərov elə zənn edir ki, qılıf dəyişdirə bilib və yeni qiyafəsi ona əlavə imkanlar yaradıb. Vəziyyət heç də onun dediyi kimi deyil və yaxın günlərdə bunun belə olmadığına özü də əmin olacaq”.

Xatırladaq ki, Şamli Heydərovla bağlı məsələ o həddə çatıb ki, onun susdurmağa çalışdığı media təmsilçiləri Prezident İlham Əliyevə müraciət edərək bu Ramiz Mehdiyevdən qalma köhnə metod aludəçisini yerində oturtmağı xahiş ediblər.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin…

DOSYE.ORG

COMMENTS