Mehriban Əliyeva ağacların kəskin şəkildə kəsilməsinə sərt reaksiya verdi

Bu gün “Qafqazinfo”da Samirə Əliyeva adlı oxucunun SOS hesab olunacaq müraciəti yayılmışdı.

 

Xəbər verdiyimiz kimi, o, Nəsimi rayonu, 20 Yanvar küçəsi 22 nömrəli evin qarşısında 16 növdə nadir ağaclar – Eldar şamı, akasiya, sərv və sairənin budama adı altında kəsilməyinə dair foto və video çəkərək redaksiyamıza göndərmişdi.

Bu kadrlar Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın reaksiyasına səbəb olub. “Qafqazinfo”ya Heydər Əliyev Mərkəzindən daxil olan məlumata görə, ölkənin birinci xanımı Mehriban Əliyeva Bakının Nəsimi rayonu ərazisində nadir ağacların kəsilməsinə kəskin reaksiya verib.

Məlumata görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Fondun əməkdaşları Nəsimi rayonu 20 Yanvar küçəsində ağacların kəsildiyi ərazidə olublar. Artıq qeyd olunan ünvanda ağacların kəsilməsi prosesi dayandırılıb. Dövlət nümayəndələri də ərazidə olublar.

Hadisə ilə bağlı ciddi araşdırmaya başlanılıb.

COMMENTS