Mehriban Əliyeva xanım şahmatçımızı TƏBRİK ETDİ

Mehriban Əliyeva xanım şahmatçımızı TƏBRİK ETDİ

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!

COMMENTS