Mehriban Əliyeva Kamil Musəvinin əməliyyat xərclərini üzərinə götürdü

Mehriban Əliyeva Kamil Musəvinin əməliyyat xərclərini üzərinə götürdü

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvinin əməliyyat xərclərini üzərinə götürüb.
Ann.az xəbər verir ki, bu barədə Kamil Musəvinin özü məlumat verib.
“Əməliyyat xərclərimi qarşıladığı və bizi diqqətdən kənarda qoymadığı üçün Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Sağolsun ki, qayğısını əsirgəmir. Nəzərinizə çatdırım ki, 18.09.2019-cu ildə Bona Dea xəstəxanasında ağır əməliyyat olacam” deyə Kamil Musəvi bildirib.

Əməliyyat xərclərimi qarşıladığınız və bizi diqqətdən kənarda qoymadığınız üçün çox sağolun Mehriban xanim.Sağolun ki, qayğinizi esirgəmirsiz…

Dostlar 18.09.2019-cu ildə Qara Qarayevdə Bona Dea xəstəxanasında ağır əməliyyat olacam.Bizi dualarınızdan kənarda qoymayın!!!

DOSYE.ORG

COMMENTS