Meksikada nəhəng hava limanı

Meksikanın paytaxtı Mexikoda yeni inşa ediləcək 9,2 milyard dollarlıq yeni hava limanının layihəsi təqdim edilib. Nəhəng aeroportun dizaynı Meksika prezidenti Enrike Pena Nyetoya britaniyalı memar Norman Foster tərəfindən təqdim olunub.

 

Yeni Mexiko hava limanının ildə 120 milyon sərnişinə xidmət göstərəcəyi planlaşdırılır ki, bu da şəhərin hazırki Benito Juarez beynəlxalq hava limanının xidmət göstəricisindən 4 dəfə çoxdur. Elə həmin hava limanın yaxınlığında 4600 hektar ərazidə inşa ediləcək nəhəng aeroportun 6 eniş-uçuş zolağı və «X» hərfi formasında terminalı olacaq.

Yeni hava limanının layihəsi təqdim edilərkən, inşaatın planlaşdırıldığı yerdə kiçik etiraz aksiyası keçirilib. İnşaatın əleyhinə çıxanlar iddia edirlər ki, hökumət həmin ərazini federal torpaq elan etmək üçün fırıldaqçılığa yol verib.

COMMENTS