Top.Mail.Ru

“Mercedes” 6 nəfəri vurub elektrik dirəyinə çırpıldı – ÖLƏN VAR

“Mercedes” 6 nəfəri vurub elektrik dirəyinə çırpıldı – ÖLƏN VAR

İyunun 12-də saat 16 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakinləri T.Mövlamovun idarə etdiyi “Hyundai” və K.Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşduqdan sonra idarəetməni itirib və “Mercedes” markalı avtomobil yolun kənarında dayanmış 6 nəfəri vurub elektrik dirəyinə çırpılıb.

Lent.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dirəyin aşması nəticəsində Ağdam rayon sakini Təzəgül Abbasova hadisə yerində ölüb, şəhər sakinləri olan 5 nəfər xəstəxanaya yerləşdirilib.

Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS