Meri xeyriyyə konsertində bıçaqladılar

Meri xeyriyyə konsertində bıçaqladılar

Polşanın Qdansk şəhərinin meri Pavel Adam xeyriyyə konserti zamanı bıçaqla silahlanan şəxsin hücumuna məruz qalıb.

Dosye.org xarici mediaya istinadən xəbər verir ki, mer kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mer səhnədə olarkən kişi onun yanına qaçıb və bir neçə dəfə bıçaq zərbəsi vurub, sonra isə mikrofona qışqırıb: “Salam, salam, mənim adım Stefandır. Mən günahsız həbsxanada idim. “Vətəndaş platforması”( merin üzvü olduğu partiya – red.) mənə əziyyət verdi, buna görə də Adam həlak oldu”.

Sonra onu səhnəyə yıxaraq saxlayıblar.

Son məlumata görə, mer sinə və qarın nahiyəsindən yaralanıb. Həkimlər onu əməliyyat edirlər.

Pavel Adam 2018-ci ildə yenidən Qdanskın meri seçilib. O, 1998-ci ildən Qdanska başçılıq edir.

Dosye.org

COMMENTS