Meriya hüquqşünasların mitinqinə “yox” dedi

Meriya hüquqşünasların mitinqinə “yox” dedi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) hüquqşünasların mitinqinə icazə verməyib.

Bu barədə bu gün, noyabrın 15-i hüquqşünas Samirə Ağayeva ToplumTv-yə məlumat verib.

O bildirib ki, hüquqşünasların “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişikliklərin edilməsinə etiraz mitinqi məqsədəuyğun sayılmayb: “Məktubda mitinqin məqsədəuyğun olmadığı qeyd edilib:

“Cavabla bağlı mütləq məhkəməyə müraciət edəcəyik. Çünki bu, “Sərbəst toplaşma azadlığı haqqında” Qanunun tələblərinə ziddir”.

“İcazəsiz piket və ya aksiya keçirəcəksinizmi?” sualına hüquqşünas belə cavab verib: “Bunu müzakirə edəcəyik. Əslində, icra hakimiyyətinə xəbərdarlıq da etmişik. Amma məsələni müzakirə edib qərar verəcəyik”.

Milli Məclisin oktyabrın 31-də keçirilən iclasında Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişikliklər müzakirəyə çıxarılıb və layihə səs çoxluğu ilə qəbul edilib.

Praktik hüquqşünasların işçi qrupu isə noyabrın 4-də bu qanun layihəsinə etiraz edərək mitinq qərarı verib.

Noyabrın 7-də Prezident İlham Əliyev qanun layihəsini imzalayıb.

Bununla da Azərbaycanda nümayəndəlik institutunun ləğvi yanvarın 1-dən rəsmiləşdirilib.

Noyabrın 15-də isə hüquqşünaslar Bakı Şəhər İcra Hakimiyyətiə mitinqə yer ayrılması ilə bağlı müraciət ünvanlayıblar.

Müraciətə isə müsabət cavab verilməyib.

Dosye.org

COMMENTS