Merkel: Yunanıstanla bağlı qərar yaxın günlər ərzində qəbul ediləcək

Yunanıstanla bağlı qərar yaxın həftələr yox, günlər ərzində qəbul ediləcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Angela Merkel bildirib.
 
Qeyd edək ki, Angela Merkel Aİ-nin növbədənkənar sammitində iştirak etmək məqsədilə   Brüsselə səfərə gəlib.
 
“Biz hadisələrin inkişafını müzakirə edəcəyik, istənilən halda, bizdə  yekun mənzərə yoxdur. Lakin mən deməliyəm ki, söhbət həftələr yox, günlərdən gedir. Yunanıstan baş nazirinin bizə nə demək istədiyini eşidəcəyik”, deyə Merkel bildirib.    

 

COMMENTS