Ölümcül virusa yoluxanların ümumi sayı 180 nəfər təşkil edir.
Cənubi Koreyada MERS virusu qurbanlarının sayı 29-a çatıb.
ANS PRESS-in məlumatına görə, Yaxın Şərq Respirator Sindrom (MERS) virusundan Cənubi Koreyada iki nəfərin öldüyü bildirilir. Bu barədə xəbəri “Yonhap” agentliyi yayıb.
Xəbərdə bildirilir ki, koronovirus xəstəliyi diaqnozu qoyulan iki nəfərin dünyasını dəyişməsilə ilə ölənlərin sayı 29-a çatıb.
Həmçinin, ölkənin səhiyyə nazirliyi virusdan əziyyət çəkən onlarla xəstənin vəziyyətinin ağır olduğu barədə məlumat yayıb.
Qeyd edək ki, ötən həftə Cənubi Koreyadan olan həkimlər yaranan böhran səbəbilə çıxış yolları axtararkən, QİÇS (AIDS), Ebola və SARS (MERS) viruslarını təsirsiz hala gətirən dərman (vaksin) icad etdikləri barədə xəbər yayıblar.
COMMENTS