Meşədə meyid tapıldı

Balakən rayonunun Gərəkli kəndində meşə zolağında qətlə yetirilmiş kişinin meyiti tapılıb.

 

AzNews.az xəbər verir ki, polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gedib. Araşdırmalar zamanı qətlə yetirilən şəxsin rayonun Qullar kənd sakini, 32 yaşlı Vaqif Umarov olması dəqiqləşdirilib.

Güllə onun döş qəfəsinin sağ nahiyəsindən daxil olaraq kürək nahiyəsindən çıxıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

COMMENTS