Meşədə azan 4 yaşlı qız 12 gün sonra sağ tapıldı

Meşədə azan 4 yaşlı qız 12 gün sonra sağ tapıldı

Rusiyanın Saxa respublikasında 4 yaşlı qızcığaz itdikdən 12 gün sonra meşəlik ərazidə sağ tapılıb. Karina adlı qızcığaz iyulun 29-da Yakutiyanın Olom kəndindəki evlərinin yaxınlığında öz iti ilə gəzərkən itmişdi. Qızın anası onun atası ilə səyahətə yollandığını zənn edərək onu axtarmayıb və yalnız avqustun 2-də onun itməsi barədə polisə məlumat verilib. 
Balaca qızın axtarışına cəlb olunmuş xilasedicilər və axtarış itləri günlərlə yaxınlıqdakı meşəni ələk-vələk edib. İtmiş qızın iti kənddə peyda olduqda xilasedicilər onun ayaq izləri ilə geri qayıdaraq qızı tapıblar. 
4 yaşlı Karina otlardan düzəltdiyi yuvanın içində oturarkən tapılıb və onun 12 gün ərzində meşədəki giləmeyvələrlə qidalandığı məlum olub (ans press).

COMMENTS