“Messi bir ayaqla da ən yaxşı futbolçu olardı”

“Messi bir ayaqla da ən yaxşı futbolçu olardı”

“Atletiko”nun futbolçusu Vitolo La Liqanın 13-cü turunda “Barselona” ilə oyun öncəsi rəqib komandanın futbolçusu Lionel Messi haqda danışıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, argentinalı hücumçu barədə müsbət fikirlər səsləndirib: “Messi hətta bir ayaqla da dünyanın ən yaxşı futbolçusu olardı. Lionel 100 faiz hazır olmasa belə, üstünlük yaradır, matçın nəticəsini həll edə bilir”.

Qeyd edək ki, “Atletiko” – “Barselona” görüşü noyabrın 24-ü keçiriləcək.

Dosye.org

COMMENTS