Metroda “ÇP”: qatarlar 10 dəqiqə dayandı

Bu gün saat 15:10 radələrində Bakı metrosunun “Həzi Aslanov” stansiyasından şəhərə gələn xətindəki qatarların hərəkətində problem yaranıb.

Sərnişinlərin virtualaz.org saytına verdiyi məlumata görə, qatarlar “Əhmədli”, “Koroğlu” və “Nəriman Nərimanov” stansiyalarında tuneldə 10 dəqiqəyə yaxın dayanmalı olub.

Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri məsələyə aydınlıq gətirib.

Nəsimi Paşayev virtualaz.org saytına açıqlamasında bildirib ki, qatarların hərəkətində yaranan problem texniki nasazlıqla bağlıdır: “Metronun “Nəriman Nərimanov” stansiyasındakı qatarda texniki nasazlıq olub, ona görə də onun hərəkətində problem yaranıb. Bütün qatarlar da bir xətt üzrə hərəkət etdiyindən digər stansiyalarda olanlar həmin qatarın işə düşməyini gözləməli olublar”.

N.Paşayev bildirdi ki, hazırda problem aradan qaldırılıb və qatarların hərəkəti tam bərpa olunub.

COMMENTS