Top.Mail.Ru

Meydana tüpürən futbolçuya sarı vərəqə göstərilsin – FİFA-dan təklif

Meydana tüpürən futbolçuya sarı vərəqə göstərilsin – FİFA-dan təklif

FİFA-nın səhiyyə komitəsinin rəhbəri Mişel D’Oqe futbol çempionatları bərpa olunduqdan sonra yeni bir qaydanın tətbiq edilməsini təklif edib.

Qol.az xəbər verir ki, o, “The Telegraph”a açıqlamasında bundan sonra futbolçuların meydana tüpürməsinin qadağan edilməli olduğunu bildirib. O, koronavirus pandemiyasına qarşı mübarizədə bu qadağanın vacib olduğunu deyib:

“Bu, heç gigiyenik deyil. Oyunlar başalayanda bundan qorunmalıyıq. Məncə, belə oyunçuları sarı vərəqə göstərməklə bu vərdişdən çəkindirmək olar. Çünki koronavirus hava-damcı yolu ilə keçir. Təkcə bu fakt matçları bərpa etmədən öncə hər məqama nə dərəcədə diqqət yetirməli olduğumuzu göstərir”.

DOSYE.ORG

COMMENTS