Meyxanaçı Aydın Xırdalanlı öldü?

Bu dəqiqələrdə məşhur meyxana ustası Aydın Xırdalanlının dünyasını dəyişdiyi xəbəri yayılıb.

Axar.az əməkdaşı tanınmış meyxanaçı ilə əlaqə saxlamaq istəsə də, telefon zənglərinə cavab verən olmayıb.

Qeyd edək ki, Aydın Xırdalanlı ANS-də keçirilən “De gəlsin” yarışmasının qalibidir və “Qızıl Nida” mükafatının sahibidir.

Faktı dəqiqləşdirməyə çalışırıq…

20:00

Aydın Xırdalanlının telefonuna cavab verən və özünü təqdim etməyən şəxs bildirdi ki, 1-2 saatdan sonra meyxanaçı özü zənglərə cavab verəcək.

COMMENTS