Meyxanaçı Namiqin yeni nişanlısı açıqlama verəcək

Bir müddət öncə şəxsi həyatı ilə gündəmə gələn Namiq Qaraçuxurlu müzakirələrə səbəb olacaq açıqlama verib.

 

Lent.az-ın məlumatına görə, söz ustası “Gündəlik” verilişində deyib ki, məhərrəmlikdən sonra toy etməyi düşünür: ““Məhərrəmlikdən sonra toy etmək barəsində düşünürəm. Bu barədə çox danışmaq, müzakirə etmək istəmirəm. Çünki nəzərə gəlməkdən qorxuram”.
Qeyd edək ki, N.Qaraçuxurlu 1 dəfə evli olub. Meyxanaçı 2001-ci ildə Solmaz adlı xanımla ailə qurub. 2005-ci ilin dekabrın 2-də isə onlar boşanıb. Namiqin Ümid və Ülvi adında 2 oğlu var.

 

P.S. Meyxanaçı Namiq Qaraçuxurlunun nişanlısı Şövkət adlı xanımdır. Növbəti yazılarımızda Şövkət xanımın sevgilisi ilə bağlı münasibətini dərc edəcəyik.

COMMENTS