Mikayıl Cabbarov əmr verdi

Mikayıl Cabbarov əmr verdi

miko12.jpg

Təhsil naziri Mikayıl Cabbarov 2014-2015-ci tədris ili üzrə keçirilmiş məktəblilərin Respublika fənn olimpiadalarının başa çatdığını nəzərə alaraq, nəticələrin elan edilməsi və qaliblərinin mükafatlandırılması məqsədilə əmr imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, əmrdə bildirilir ki, 2014-2015-ci tədris ili üzrə Respublika fənn olimpiadalarının nəticələri elan edilsin. İnformasiya şöbəsi əmrin çoxaldılıb yerlərə göndərilməsini, “Azərbaycan müəllimi” qəzetində və Nazirliyin “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

COMMENTS