Mikayıl Cabbarov Türkiyənin milli təhsil nazirinin müavini Yusuf Təkini qəbul edib

Mikayıl Cabbarov Türkiyənin milli təhsil nazirinin müavini Yusuf Təkini qəbul edib

Təhsil naziri Mikayıl Cabarov Türkiyə nümayəndə heyətini qəbul edib.

 

ANS PRESS-in məlumatına görə, Türkiyə Respublikasının milli təhsil nazirinin müavini Yusuf Təkinin başçılıq etdiyi nümayəndə heyəti 28-29 oktyabr 2014-cü il tarixlərində Azərbaycanda səfərdə olub.

Səfər çərçivəsində ölkələrimiz arasında təhsil əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə nəzər salınıb.

İlk öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanı kompleksini və Türk Şəhidliyini ziyarət ediblər.
Daha sonra nümayəndə heyəti təhsil naziri Mikayıl Cabbarov, təhsil nazirinin müavini Ceyhun Bayramov və Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov ilə görüşüb.

Görüşlər zamanı Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlığın əhəmiyyəti bir daha vurğulanıb, digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də yüksək səviyyəli əlaqələrin inkişafı yolları və əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.

Y.Təkin səfər çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində SABAH qrupları çərçivəsində pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələr qarşısında çıxış edib.

COMMENTS