Millət vəkili məhkəməyə verildi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abıyevin əmri məhkəməlik olub

 

Dosye.org  Mia.az-a istinadən xəbər verir ki, rektor akademiyanın əməkdaşı Arif Ataoğul oğlu Əliyevin işdən azad edilməsi haqda əmr imzalayıb. Lakin sözügedən şəxs Ağacan Abıyevin əmrini qanunsuz və əsassız saydığından məhkəməyə müraciət edib. 

Məlumata görə, rektorun əmrinin ləğv edilməsi və işə bərpa edilməsi tələbi ilə çıxış edən Arif Əliyevin iddia ərizəsinə Nərimanov rayon Məhkəməsində baxılıb: «Lakin bu məhkəmənin qətnaməsi narazlığı daha da qızışdırdı. Təxminən 7 ay əvvəl Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilsə də, iclasa sədrlik edən hakim Sənan Hacıyev qərarını elan etməyib. Hakim 5 ay əvvəl, daha dəqiqi, may ayının 13-də iş üzrə xətşünaslıq ekspertizası təyin edərək, iclası qeyri-müəyyən vaxta təxirə salınıb».
Məlumata görə, ötən həftə Bakı Apellyasiya Məhkəməsində Arif Əliyevin şikayəti üzrə prosesə start verilib. Maraqlıdır ki, işə bu dəfə hakim Sənan Hacıyev deyil, hakim Tofiq Səmədovun sədrliyi ilə baxılıb: “Ağacan Abıyevin əmrinin qanunsuz və əsassiz olduğunu iddia edən Arif Əliyevin şikayəti üzrə növbəti iclas oktyabrın 2-də olacaq”.

Onu da qeyd edək ki, xəbərlə bağlı rektorun mövqeyini öyrənə bilmədik. Daha dəqiqi, rektor Ağacan Abıyev mövqe bildirməkdən imtina edib.

Məhkəmə prosesini diqqətdə saxlamağa çalışacağıq.

COMMENTS