Ötən yazılarımızın birin də “Masallının Məşhur deputatı sahibkarlıqla məşğuldur- İDDİA” başlıqlı məqalə dərc etmişdik. Xatırladaq ki, həmən məqalə jurnalist Nüsrət İsaoglu öz şəxsi facebook səhifəsndə paylaşım etmişdir.
Onu da nəzərinizə çatdıraq ki, N. İsaoğlu tərəfindən tənqid edilən millət vəkili Məşhur Məmmədov böyük müzakiryə səbə olub. Belə ki, məqalə tərəfimizdən sosial şəbəkədə paylaşım edildikdən sonra, bir neçə nəfər açıq şəkildə jurnalist Nüsrət İsaoglunu təhqir etməyə başladı.
Hər bir məmur və millət vəkili sağlam tənqidi qəbul edir, lazım gələrsə qarşı tərəf kimi mövqeyini bildirməyə səy göstərir. Lakin Məşhur Məmmədov sevənlər deputatı müdafiə etmək məqsədi ilə saytımızı və məqalənin müəllifini şər atmaqda, iftira yazmaqda suçladı. Bir neçəsi isə narazılıqlarını sakit şəkildə ifadə etməklə M. Məmmədovun deputat kimi görmədiklərini qeyd etdilər.
Əlbətdə ki, bir insan hamı tərəfindən sevilə bilməz. Bu normal haldır. Və bir insan bütün rayonun probleminin həlli istiqamətində çalışar, ən pis halda lazımı qurumları məlumatlandırar. Amma bu o demək deyil ki, rayonun bütün məsüliyyəti tək millət vəkilinin üzərindədir. Bu məsələnin bir tərəfi. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Məşhur Məmmədov haqqında yazılan tənqidi məqalə təhqirlə qarşılandı. Nədir problem?
Deməli, bir qurup şəxs millət vəkilini müdafiə etmək məqsədi ilə jurnalist Nüsrət İsaoglunu təhqir etməkdə davam edir. Güya, həmən şəxslər əslən Masallı rayonundan olan millət vəkilinin müdafiəsi üçün kampaniya yaradıb. Amma bütün təhqirlərə olan münasibəti çox hörmətli deputatın nəzərində öyrənməyə çalışacayıq. Sual yaranır. Məhşur Məmmədov bu cür “müdafiəyə” ehtiyac duyurmu?
Məsələ ilə bağlı millət vəkili ilə telefon əlaqəsi yaratmağa çalışdıq. Əfsüslər bütün cəhdlərimiz boşa çıxdı. Bir daha nəzərinizə çatdıraq ki, adı hallanan M. Məmmədov “Embavood” şirkətinin rəhbəridir. Mövzüya yenidən qayıdacayıq…
DOSYE.ORG
COMMENTS