Millət vəkili prezidentlərin NATO görüşünü şərh etdi

“Nə ABŞ, nə Fransa bu münaqişənin hər hansı bir ölkənin monopliyaya çevirməsinə tərəfdar deyil”

 

Bunu Aktual.az-a millət vəkili Asim Mollazadə Uelsdə NATO sammiti çərçivəsində baş tutan Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, münaqişənin həllində yalnız Rusiyanın rol oynaması düzgün deyil:
” Azərbaycan da maraqlıdır ki, beynəlxalq səviyyədə bu münaqişəyə diqqət olsun. Ümumiyyətlə, biz beynəlxalq ictimaiyyətdən bu münaqişənin həllinə dəstək gözləyirik. Bu nöqteyi-nəzərdən Uelsdə NATO sammiti zamanı məhz Qarabağa diqqətin yönəlməyi müsbət bir haldır və bu, onu göstərir ki, Ukraynada bu gün baş verən hadisələrlə yanaşı, Azərbaycan – Ermənistan münaqişəsinə dünya səviyyəsində diqqət var. Biz buna müsbət baxırıq”.

Asim Mollazadə bildirib ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətdən təcavüzkara qarşı konkret təqiblər, sanksiyalar gözləyir:

” Bu gün Ukrayna ilə bağlı belə bir sanksiyalar qəbul olunur. Ermənistan bu cinayətləri daha öncə həyata keçirib. Amma indiyə qədər münaqişə həll olunmayıb. Ona görə də, Azərbaycanın istəyi ondan ibarətdir ki, təcavüzkara qarşı ciddi tədbirlər, sanksiyalar tətbiq edilsin”.

COMMENTS