Top.Mail.Ru

Millət vəkili Səbinə Xasayeva gənc yazıçı Leyla Şahla görüşdü


Milli Məclisin deputatı Səbinə Xasayeva ğənc və tanınmış jurnalist Leyla Şah (Əsədullayeva) ilə görüşərək, onu Azərbaycan Xarici Səfirlərin Gözü ilə kitabının çapdan çıxması münasibəti ilə təbrik edib.
Millıt vəkili qeyd edib ki, kitabda Fransa,  Argentina, Cənubi Koreya,  Misir, Hindistan, Səudiyyə Ərəbistanı Xorvatiya, Çexiya Respublikası kimi avropa və dünya ölkələrinin Azərbaycandakı hazırki səfirlərinin həmçinin BMT USAID kimi təşkilatların Azərbaycandakı rəhbər şəxslərinin Azərbaycanla bağlı düşüncələri və gələcək planları barədə məlumat almaq baxımından həm çox maraqlı, həm də faydalıdır. Həm Azərbaycan, həm də İngilis dillərində çap olunan diplomatik, eyni zamanda da, siyasi çəkisi olan bu kitabda ölkələrarası münasibətlər fonunda xarici səfirlərin və onların təmsil etdikləri dövlətlərin Azərbaycanın bugünkü inkişafına olan münasibətləri yer alır. Bu dəyərli kitab  dünya diplomatlarının dili ilə doğma Vətənimizin tanıdılması baxımından çox əhəmiyyətli rol oynayacaq və oxucular tərəfindən maraqla qarşılanacaq.
 
 Görüşdə çıxış edən gənc jurnalist, gənc yazar, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Leyla Şah(Əsədullayeva) Səbinə Xasayevanı 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin ən gənc deputatı seçilməsi münasibəti ilə təbrik etmış, vaxt ayırıb onu qəbul etdiyinə, gənc yazçi kimi yaradıcılığına yüksək qiymət verdiyinə görə təşəkkürünü bildirmiş, bundan sonraki yaradıcılığında da Azərbaycanın beynəlxalq aləmdə tanıdılması və təbliğ edilməsi üçün daha səylə,fəal çalışacağını, gənclərin vətənpərvərlik tərbiyəsi mövzusunda və digər sahələrdə də maraqlı yazıları ilə sevimli oxucularını sevindirəcəyini əmin etmişdir.  Sonra o, kitabını millət vəkili Səbinə Xasayevaya  təqdim etmiş və birgə xatirə şəkli çəkdirmişlər.
Deputat Səbinə Xasayeva  sonda gənc yazarın  suallarına cavab vermiş, istedadlı  yazıçının bundan sonra da bədii yaradıcılıq fəaliyyətini davam etdirəcəyinə, maraqlı şerləri və publisist yazıları ilə həyatımızın bütün sahələrini əks etdirəcəyinə  əmin olduğunu bildirmiş və gənc yazıçıya gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulamışdır. Tədbirdə Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının aparat rəhbəri Ramiz Yusubov və Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov da iştirak etmişlər.
DOSYE.ORG

COMMENTS