Millət vəkilimiz ad günündə mahnı oxudu

Millət vəkili Ziyad Səmədzadənin 75 yaşı tamam olub. O, öncə ad gününü ailə üzvləri ilə birlikdə bağ evində qeyd edib.

Onun ad günündə məşhur simalardan qızı bəstəkar Aygün Səmədzadə, əməkdar artist Lalə Məmmədova və şoumen Murad Arif də iştirak edib.

Publika.az xəbər verir ki, səhəri gün Ziyad Səmədzadə elit məkanlardan birində yaxın dostları və ailə üzvləri ilə birlikdə yubiley tədbirini davam etdirib. Səmimi ortamda Ziyad Səmədzadə mikrofonu əlinə alaraq “Laçın” mahnısını ifa edib.

Gecədə xalq artist Brilliant Dadaşova da iştirak edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

COMMENTS