Millət vəkili: “Ərdoğana güvənmək sadəlövlik olar”

“Kipr və kiprlilərin problemi Avropa Parlamentində heç kimin vecinə deyil”.

Dosye.org Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Avropa Parlamentinin kiprli millət vəkili Takis Haciyorqu deyib.

Kipr problemini yalnız özlərinin gündəmə gətirməyə çalışdığını etiraf edən Haciyorqu AB sədrliyini icra edən İtaliyanın Xarici İşlər naziri Federika Monqerinin bu məsələni heç vaxt gündəmə gətirmədiyini qeyd edib.

Avropa Parlamentində Kipri təmsil edən Eleni Teoharus da problemin həlli üçün prezident seçilən Rəcəb Tayyib Ərdoğana güvənməyin sadəlövlik olacağını vurğulayıb. Ərdoğanın prezident seçilməsinin Kiprdə vəziyyəti dəyişdirməyəcəyini və kiprlilərin daha tutarlı bir siyasət yürütmələrinin lazım olduğunu bildirib.

COMMENTS