Millətimin etibarsız vəkili

And olsun bizi yaradan Tanrıya, söz vermişdim ki, köşə yazılarımı dayandırım. Bacarmadım. Bacarmadım ona görə yox ki, iradəmdə problem var.

 

Əsla elə deyil. Məni yenə də yazmağa vadar edən mənim azərbaycançılığımdır. Məni bu yola vadar edən dövlətin vətəndaşlarının siyasi baxışlarıdır. Fərq etməz iqtidar və yaxud muxalifət tərəfdarları. Ən azından biz bir millətin nümayindəsi, eyni dövlətin vətəndaşıyıq.

 

Əziz qardaşlar. Mətləbə keçməzdən öncə deyim ki, xalq tərəfindən bir səs belə qazanmayan, özünü yaltaq kürsündə başbilən duyub və zərrə qədər də olsa saya alınmayan Etibar Hüseynov milləti təhqir edib. Yazıqlar olsun millət vəkilinə. Yazıqlar olsun Etibarın etibarsızlığına. Yazıqlar olsun….

 

Çox hörmətli spiker Oktay Əsədov dözümlü adamdır, vallah. Kişi öz böyüklüyünü göstərir də. Etibar da öz aramızdır yaman ərköyündür. Görün necə ərköyündürsə məhsul stadionuna yaxınlarını toplayıb muxalifətə bənzətməyə çalışır.

 

Allah şeytana lənət etsin. Bir yandan da Milli Şuranın mitinqi. Bu anlaşılmazlıq ya bilərəkdək baş verib, ya da Etibar bir zarafat edib. Gərək belə bir biabırçılıq yaşanmayaydı. Çünki Hacıbala müəllim muxalifətə 2 saat möhlət verdi ki, görsünlər ölkədə demokratiya var.

 

Biçarə Hacıbala nə biləydi ki, mitinqdən sonra etibar da yaxınlarını toplayacaq və sonradan şəxsi feyzbuk səhfəsində şəkillərini paylaşacaq. Gördünüzmü, bizim necə ərköyün millət vəkilimiz var?

COMMENTS