Milli futbolçumuz qayıtdı

Milli futbolçumuz qayıtdı

Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 16-cı turun oyunları növbəti oyunları.

Dosye.org xəbər verir ki, millimizin futbolçusu Rüfət Dadaşovun klubu  “Proyssen” səfərdə “Zvikkau” ilə qarşılaşıb. Matç qonaqların 2:4 hesablı məğubiyyəti ilə yekunlaşıb.

Zədədən qayıdan R. Dadaşov bu qarşılaşmada iştirak edib. Tam sağalan 28 yaşlı hücumçu oyuna start heyətdə çıxsa da, 85-ci dəqiqədə əvəzlənib.

Xatırladaq ki, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Uels, üç gün sonra səfərdə Slovakiya yığması ilə qarşılaşaan Azərbaycan millisinin qeyd olunmuş görüşlər üçün açıqlanmış heyətində dəyişiklik edilmişdi. Rüfət Dadaşov məşqdə zədələndiyi üçün baş məşqçi Nikola Yurçeviç onu millinin heyətindən kənarlaşdırmışdı.

DOSYE.ORG

COMMENTS