Milli komanda: daha iki namizəd

Milli komanda: daha iki namizəd

Milli komandamızın boş qalan baş məşqçi postuna daha iki namizədin adı məlum olub.

 

Fanat.az xəbər verir ki, söhbət Bolqarıstan futbolunun canlı əfsanəsi Xristo Stoiçkov və “Barselona”nın keçmiş baş məşqçisi Frank Raykarddan gedir.

Türkiyə “Qalatasaray”ını da çalışdırmağa macal tapmış Raykard hazırda Stoiçkov kimi işsizdi.

Qeyd edək ki, milli komandamızın yeni baş məşqçsinin kimliyinə bu ilin sonunadək aydınlıq gələcəyi gözlənilir.

COMMENTS