Almaniyada, Reyn çayında Fil dişi sahilləri millisinin sabiq oyunçusu Stiv Qoxurun meyiti tapılıb.
Qol.Az-ın “Bild” qəzetinə istinadən yaydığı xəbərə görə, 34 yaşlı futbolçunun üzərində zorakılıq əlaməti aşkar edilməyib. Ehtimal olunur ki, S.Qoxur intihar edib. Üç həftə əvvəl yoxa çıxan oyunçunun narkotika aludəçisi olduğu bildirilir.
Qeyd edək ki, Qoxuri 2006-2011-ci illərdə ölkəsinin millsində 14 oyun keçirib və 3 qol vurub. O, peşəkar karyerası ərzində İsrail, İsveçrə, Almaniya, İngiltərə və Yunanıstan çempionatlarında oynayıb.
COMMENTS