Milli Məclisdə yanğında ölənlərin xatirəsi anıldı

Milli Məclisdə yanğında ölənlərin xatirəsi anıldı

millimec.jpg

Milli Məclisin bugünkü iclasında Binəqədi rayonu ərazisində hündürmərtəbəli binanın yanmasından söz açılıb.

Modern.az saytının məlumatına görə, Milli Məclis sədri Oqtay Əsədov bu barədə danışıb. O, xatırladıb ki, 15 nəfərin ölümünə səbəb olan yanğınla bağlı Dövlət Komissiyası yaradılıb: “Prezident də hadisəni nəzarətə götürdü. Dövlət Komissiyası isə yüksək səviyyədə çalışır ki, problemlər aradan qaldırılsın. Cənab prezident bir də belə hadisələrin olmaması üçün lazımi tapşırıqlarını verib”.

Sonra yanğında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

COMMENTS