“Milli qəhrəmana hörmətsizlik yol verilməzdir”

Milli Qəhrəman Tahir Həsənovun ailəsi Bakıdakı 23 saylı məktəbdən onun adının götürülməsinə etiraz edib. Modern.az bu məsələ ilə bağlı Milli Qəhrəmanların münasibətini öyrənib.

 

Milli Qəhrəman Məhəmməd Həsənov: “İndi milli qəhrəmanları yada salan yoxdur. Bir məktəbə Milli Qəhrəmanın adı verilibsə onu götürmək heç də doğru deyil. Bunu edənləri cəzalandırmaq lazımdır”.

 

Milli Qəhrəman Vahid Quliyev: “Bu yaxşı hal deyil. Milli qəhrəmanların adlarını əbədiləşdirmək lazımdır. Çünki bu gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi üçün bir təbliğat vasitəsidir. Hər halda aidiyyatı qurumlar buna aydınlıq gətirəcək”.

 

Milli Qəhrəman Mirzə Quliyev: “Bu məsələyə münasibətim birmənalı olaraq mənfidir. Bu heç də yaxşı iş deyil. Aidiyyatı qurumlar belə halların qarşısını almalıdır”.

 

Milli Qəhrəman Fəxrəddin Cəbrayılov: “Ruslar demişkən “ya protiv” (“mən əleyhinəyəm”). Başqada bir şey demək istəmirəm”.

 

Xatırladaq ki, Milli Qəhrəman Tahir Həsənovun anası Qalibə xanım baş verənlərdən hiddətlənib və etirazının ictimailəşdirilməsini xahiş edib.

 

28 may küçəsində yerləşən orta məktəbə T. Həsənovun adı Nazirlər Kabinetinin qərarı ilə 1993-cü ildə verilib. 1994-cü il sentyabrın 3-də məktəbdə Milli Qəhrəmanın şərəfinə qoyulan büstün müəllifi heykəltəraş Ömər Eldarovdur. Büstün açılışında mərhum prezident Heydər Əliyev də iştirak edib.

COMMENTS