Milli Şura 10 minlik mitinq keçirmək istəyir

Aksiyaya hazırlıq pik həddə çatıb, əyalətlərdən Bakıya gəlmək istəyənlər pulsuzluq üzündən arzularını reallaşdıra bilmirlər

 

Məlum olduğu kimi, Milli Şura noyabrın 10-da Yasamal rayonunda yerləşən «Məhsul» stadionunda növbəti mitinqini keçirmək istəyir. JAM.AZ xəbər verir ki, müxalifət birliyi bununla bağlı qərarını qətiləşdirib və icazə üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb.

Hal hazırda aksiyaya ciddi hazılıq gedir. Belə ki, ölkənin aparıcı ictimai-siyasi xadimləri əhalini mitinqə qatılmağa çağırır. Bundan başqa, Milli Şuranın tərəfdarları mitinqlə bağlı Facebook sosial şəbəkəsində event yaradıb. Son məlumata görə, 10 minə yaxın sosial şəbəkə istifadəçisinə müraciət göndərilib. Dünən yaradılan eventin müraciətlərinə cavab verənlərin sayı isə 500 nəfəri keçib.

Bu əsnada məlum olub ki, Milli Şuranın hazırkı hədəfi mitinqə 10 min insanı çıxarmaqdır. JAM.AZ-a verilən məlumata görə, bu sayı təşkil etmək üçün bütün qüvvələr səfərbərliyə alınıb. Əsas problem isə əyalətlərdən insanların Bakıda keçirilən aksiyaya cəlb etməkdir. Lakin maddi imkansızlıq səbəbindən paytaxta gəlmək istəyənlər arzularını reallaşdıra bilmirlər. Aksiyanın təşkilatçıları isə yetərli maliyyə imkanlarının olmaması səbəbindən onlara yardım etmək imkanından məhrum olublar.

COMMENTS