Milli Şura növbəti mitinq üçün rəsmən müraciət etdi

Martın 17-də Demokratik Qüvvələrin Milli Şurası aprelin 5-də “Məhsul” idman meydançasında mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Məlumatı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı verib.

Fuad Qəhrəmanlı bildirib ki, şəhər icra hakimiyyəti mitinqə son 3 iş günü qalmış cavab verməlidir, qanunvericilik belə tələb edir.
AXCP funksioneri aksiyanın şüarlarının 15 martda keçirilən mitinqin şüarlarından fərqlənmədiyini dedi.

COMMENTS