Milli Şuranın piket keçirməsinə razılıq verilib

Milli Şuranın piket keçirməsinə razılıq verilib

Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 8-nə təyin etdiyi piketlə bağlı müraciətinə cavab verib.

APA-nın məlumatına görə, müraciətə baxılaraq oktyabrın 8-i saat 15:00-dan 16:00-dək BŞİH-in inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə piketin keçirilməsinə razılıq verilib.

Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.

DOSYE.ORG

COMMENTS