“Millidə oynamağı səbirsizliklə gözləyirəm” – Pavel Paşayev

“Millidə oynamağı səbirsizliklə gözləyirəm” – Pavel Paşayev

Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayev noyabrın 17-də Moldova ilə keçiriləcək yoldaşlıq görüşü öncəsi jurnalistlərin suallarını cavablandırıb.

Qol.Az-ın məlumatına görə, Paşayev Moldova ilə oyuna ciddi hazırlaşdıqlarını bildirib:

“Yoldaşlıq matçı olmasına baxmayaraq, bu görüşdə qələbəyə oynayacağıq. Qarşıdakı matça ciddi hazırlaşırıq. Yaxşı futbol göstərməyə çalışacağıq”.

– Hələ ki, yığmamızın heyətində rəsmi görüşə çıxmamısan…

– Yox. Hələ ki, milli komandada oynaya bilməmişəm. Azərbayan yığmasında oynamağı səbirsizliklə gözləyirəm.

 Çıxış etdiyin “Metallurq” (Ukrayna) klubunda mütəmadi olaraq oynamırsan. Bu, yığmadakı çıxışına çətinlik yaratmayacaq ki?

– Xeyr. Bunun hər hansı çətinlik yaradacağını düşünmürəm

COMMENTS